Azərbaycanlı futbolçular Rumıniya klubunun hədəfində
08.02.2023 - 14:06
Azərbaycanlı futbolçular Rumıniya klubunun hədəfində

“Şamaxı”nın iki futbolçusu karyerasını ölkə xaricində davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Fuad Bayramov və qapıçı Rəşad Əzizli Rumıniya təmsilçisi "Botoşani"nin maraq dairəsinə düşüb.

Klub rəhbərliyi azərbaycanlı futbolçuları yayda heyətinə qatmağı planlaşdırır. Təmsilçilərimiz Antalyadakı toplanış zamanı rumıniyalıların diqqətini cəlb edib.

Qeyd edək ki, 25 yaşlı müdafiəçi cari mövsümdə Premyer Liqada 20 oyunda 2 qol vurub. 29 yaşlı qapıçı isə 19 matçda 26 qol buraxıb.

writer photo
Əlirza Əlirzalı
0