Badminton üzrə Avropa çempionatı 2025-ci ildə Bakıda keçiriləcək
09.04.2024 - 15:19
Badminton üzrə Avropa çempionatı 2025-ci ildə Bakıda keçiriləcək

Badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı 2025-ci ildə Bakıda keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə Avropa Badminton Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Federasiyanın prezidenti Sven Serre qərarlarında Azərbaycanda badminton tədbirlərinin yüksək səviyyədə təşkil olunmasının mühüm rol oynadığını açıqlayıb: “Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığımız həmişə məhsuldar olub. Onların mükəmməlliyə olan həvəsi yüksək səviyyədə ev sahibi olmalarına səbəb olur. Avropanın ən yaxşı idmançılarının iştirak edəcəyi turniri gözləyən Bakıya, Azərbaycana qayıtmaqdan məmnunuq”.

writer photo
Əlirza Əlirzalı
0