Badmintonçular Bakıya toplaşır
15.01.2024 - 17:16
Badmintonçular Bakıya toplaşır

Bakı daha bir mötəbər yarışa evsahibliyi edəcək.

Apasport.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli badminton yarışı paytaxtımıza həvalə edilib.

“Azerbaijan International 2024” adı altında təşkil olunacaq yarış Bakı İdman Sarayında keçiriləcək.

Turnirdə dünyanın müxtəlif ölkələrindən olan badmintonçular Yay Olimpiya oyunlarına vəsiqə uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, beynəlxalq yarışın 8-11 fevral tarixlərində keçirilməsi planlaşdırılır.

writer photo
Əlirza Əlirzalı
0