Mahir Emreli virusa yoluxdu
20.10.2022 - 13:16
Mahir Emreli virusa yoluxdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli virusa yoluxub.

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı hücumçunun formasını geyindiyi Zaqreb “Dinamo”sunun baş məşqçisi Ante Çaçiç verib.

Xorvatiya çempionatının XIV turunda “Hayduk”la keçiriləcək səfər oyunu öncəsi mətbuat konfransında çıxış edən çalışdırıcı 5 oyunçunun səhhətində problem yarandığını bildirib ki, onlardan biri də Emrelidir. Bu da o deməkdir ki, 25 yaşlı forvard “Hayduk”la sabah keçiriləcək derbini, eyni zamanda Çempionlar Liqasının növbəti turunda “Milan”la görüşü buraxacaq.

Qeyd edək ki, “Hayduk” – “Dinamo” görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0