Güllə atıcılarımız beynəlxalq turnirdə
08.01.2024 - 14:44
Güllə atıcılarımız beynəlxalq turnirdə

Sabah Sloveniyada güllə atıcılığı üzrə Qran-pri turniri start götürəcək.

Apasport.az xəbər verir ki, yarışda ölkəmizin də təmsil olunması plalaşdırılıb.

Ruşe şəhərində keçiriləcək Qran-pridə yığmamızın liderləri Nigar Nəsirova və Ruslan Lunyov hədəf önünə keçəcək. Mütəxəssislər hər iki təmsilçimizin turniri medalçılar sırasında bitirmək şansının olduğunu düşünürlər.

Qeyd edək ki, Qran-pri 6 gün davam edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0