“Real”la “Barselona”nı üz-üzə qoyan futbolçu
16.10.2022 - 00:47
“Real”la “Barselona”nı üz-üzə qoyan futbolçu

“İnter”in yarımmüdafiəçisi Nikolo Barella karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, adıçəkilən ölkənin iki nəhəng klubu 25 yaşlı futbolçunu sərəncamına qatmaq niyyətindədir.

İtaliya millisinin üzvü uğrunda əzəli rəqiblər “Real” və “Barselona” mübarizəyə girişib. Ancaq onu transfer etmək heç də asan olmayacaq. Çünki Barellanın “İnter”lə müqaviləsi 2026-cı ilə qədərdir.

Qeyd edək ki, Nikolo Barella bu mövsüm 12 oyunda 3 qol, 3 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0