“Leypsiq”də baş məşqçi postuna namizəd
07.09.2022 - 14:31
“Leypsiq”də baş məşqçi postuna namizəd

“Leypsiq”in baş məşqçi postuna namizəd bəlli olub. 

Apasport.az saytının məlumatına görə, Almaniya klubu Marko Rozeni bu posta gətirmək istəyir.

45 yaşlı almaniyalıya müqavilə təklif olunub. Klub rəhbərliyi onu 2024-cü ilin yayına qədər baş məşqçi kimi görmək istəyir.

Qeyd edək ki, hazırda işsiz olan Roze bir müddət əvvəl istefaya göndərilən Domeniko Tedeskonu əvəzləyə bilər.
 

writer photo
Əlirza Əlirzalı
0