Bakıda "Böyük Dəbilqə" turniri
21.01.2024 - 16:12
Bakıda "Böyük Dəbilqə" turniri

Bakı daha bir mötəbər yarışa evsahibliyi etməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, fevralın 16-18-də paytaxtımızda cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri keçiriləcək.

Yarışda beş qitənin hamısı təmsil olunacaq. Artıq təşkilat komitəsinə 30 ölkənin yığma komandası iştirak üçün müraciət ünvanlayıb.
Beynəlxalq turnirdə ən çox atlet ilə Niderland təmsil olunacaq. Bu ölkə yarışa 16, İspaniya isə 11 cüdoçu ilə qatılacaq.

Qeyd edək ki, Kanada, Belçika, Dominikan Respublikası, Qabon, Böyük Britaniya, ABŞ, Bəhreyn kimi dövlətlərin nümayəndələrinin də “Böyük dəbilqə”də iştirak edəcəyi dəqiləşib.

writer photo
Əlirza Əlirzalı
0