Şkrinyar üçün 70 milyonluq tələb
09.07.2022 - 17:59
Şkrinyar üçün 70 milyonluq tələb

PSJ “İnter”in müdafiəçisi Milan Şkrinyarla maraqlanmaqda davam edir.

Apasport.az saytının məlumatına görə, fransızların israrına baxmayaraq, “neradzurra” onun qiymətində endirimə getmək istəmir.

27 yaşlı mərkəz müdafiəçisini əlində saxlaya bilməyəcəyini başa düşən İtaliya klubu Paris təmsilçisindən 70 milyon avro tələb edir. Keçid baş tutsa, “İnter” əldə olunacaq pulla “Torino”nun müdafiəçisi Qleyson Bremeri transfer edəcək.

Qeyd edək ki, Milan Şkrinyar 2017-ci ildən “İnter”də çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0