“Borussiya”da yeni rekord
09.10.2023 - 09:13
“Borussiya”da yeni rekord

Dortmund “Borussiya”sı Bundesliqanın VII turunda “Union”la qarşılaşıb.

Apasport.az xəbər verir ki, 4:2 hesabı ilə qalib gələn dortmundluların futbolçusu Mats Hummels klub rekorduna imza atıb.

Müdafiəçi “Borussiya” ilə Bundesliqada 207-ci qələbəsini qazanıb. O, buna 348-ci matçda nail olub.

Mats Mixael Tsorkun rekordunu qırıb. Sonuncu “Borussiya” ilə Bundesliqada 206 qələbədə iştirak edib.

Qeyd edək ki, Hummels 2008-16-cı illərdə də oynadığı Dortmund klubuna 2019-cu ildə qayıdıb.
 

writer photo
Əlirza Əlirzalı
0