Kvalyarelladan vida
19.11.2023 - 19:23
Kvalyarelladan vida

İtaliya millisinin sabiq forvardı Fabo Kvalyarella aktiv futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Apasport.az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, italiyalı verdiyi qərar haqda bunları deyib:

"Karyeramı dayandırmağa məcburam. İndi azad agentəm, amma fiziki vəziyyətim meydançaya qayıtmaq üçün yaxşı durumda deyil. Bundan sonra hansı yolla irəliləyəcyimi anlamaq üçün vaxtım var".

2007-2019-cu illərdə İtaliya millisinin heyətində 28 matça çıxmış forvard 9 qol vurub. O, “Torino”, “Fiorentina”, “Sampdoriya”, “Udineze”, “Napoli”, “Yuventus” klublarında çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0