“Qalatasaray”ın yeni prezidenti müəyyənləşdi
11.06.2022 - 22:11
“Qalatasaray”ın yeni prezidenti müəyyənləşdi

“Qalatasaray” klubunda yeni prezident məlum olub.

Apasport.az saytının məlumatına görə, bu gün Türkiyə təmsilçisində seçkilər keçirilib.

Eşref Hamamcıoğlu ilə sabiq prezident Dursun Özbək arasında keçən mübarizədən ikinci qalib ayrılıb. Rəqibini az səslə qabaqlayan Özbək yenidən “sarı-qırmızılılar”ın rəhbəri seçilib.

Qeyd edək ki, Dursun Özbək 2015-2018-ci illərdə “Qalatasaray” prezidenti olub.

writer photo
Əlirza Əlirzalı
0