“Yuventus”dan Kenan Yıldız qərarı
16.08.2024 - 22:06
“Yuventus”dan Kenan Yıldız qərarı

İtaliya A seriyasında mübarizə aparan 'Yuventus" türkiyəli ulduz Kenan Yıldızla müqaviləni 2029-cu ilə qədər uzadıb.

Apasport.az xəbər verir ki, gənc futbolçu komandasında 10 nömrəli futbolkanı tərlədəcək.

Kenan İtaliyaya 2022-ci ildə gəlib, 1 il sonra əsas komandada şans qazanıb.

Qeyd edək ki, o burada 32 matça çıxıb, 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0