Bakıda "Böyük Dəbilqə" turniri start götürüb
16.02.2024 - 12:17
Bu gün Milli Gimnastika Arenasında Bakı Böyük Dəbilqə turnirinin ilk yarış günü keçirilir.
Apasport.az xəbər verir ki, turnirin ilk günü 15 idmançımız xalça üzərinə çıxacaq.
Qadınlar arasında -48 kq, 52 kq və -57 kq çəki dərəcələrində 8 cüdoçumuz, kişilər arasında isə -60 kq və -66 kq çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
0
0