Avropa nəhəngləri İkardiyə NAMİZƏDDİR
01.01.2024 - 16:31
Avropa nəhəngləri İkardiyə NAMİZƏDDİR

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi üçün yeni təkliflər var. 

Apasport.az Argentina mətbuatına istinadla xəbər verir ki, "Mançester Yunayted" və " Tottenhem" 30 yaşlı hücumçu ilə maraqlanır. 

Yanvarda hər iki klubun rəsmilərinin İstanbul təmsilçisinin qapısını döyərək transfer haqqı ilə bağlı danışıqlar aparacağı da iddia edilir.

Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 27 matça çıxan futbolçu 17 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib. 

writer photo
Əlirza Əlirzalı
0