Klopp “Real”a doğru – 2 futbolçu istəyir
11.02.2023 - 12:00
Klopp “Real”a doğru – 2 futbolçu istəyir

"Liverpul"un baş məşqçisi Yurqen Klopp Madrid "Real"ının sükanı arxasına keçə bilər.

Apasport.az saytı xəbər verir ki, tərəflər yayda başlaya biləcək mümkün əməkdaşlıq haqqında dialoq aparırlar.
 
“Qalaktikos” rəhbərliyi komandanın hazırkı nəticələrindən narazıdır. Məhz bu səbəbdən Karlo Ançelottinin yayda postunu tərk edəcəyi ehtimal edilir.

Qeyd edək ki, iddialara görə 56 yaşlı almaniyalı mütəxəssis “Real”da işləyəcəyi təqdirdə xüsusilə iki futbolçunu sərəncamında görmək istəyir. Bu oyunçular Dortmund “Borussiya”sından Cud Bellinqem və PSJ-dən Killian Mbappedir.

writer photo
Əlirza Əlirzalı
0