Bekhemdən Messi ilə bağlı maraqlı müqayisə
28.07.2023 - 21:17
Bekhemdən Messi ilə bağlı maraqlı müqayisə

Lionel Messi “İnter Mayami”də karyerasına uğurlu start verib.

Apasport.az saytı xəbər verir ki, klubun sahibi Devid Bekhem argentinalı barədə danışıb.

O, Messinin transferini ABŞ idman tarixinin ən böyük keçidi adalandırıb. Bekhem bu hadisə zamanı keçirdiyi hisslərdən bəhs edib: “Klub rəhbəri kimi futbolçu illərində yaşadığım hissləri keçirəcəyimi düşünməzdim. Transfer barəsində mənə zəng vurarkən, sanki “Old Trafford” və “Uembli”də meydana çıxdığım kimi həyəcanlandım”.

Qeyd edək ki, Messi “İnter Mayami”nin heyətindən iki oyunda üç qol vurub.

writer photo
Əlirza Əlirzalı
0