Azərbaycanlı hakim beynəlxalq turnirdə ədaləti qoruyacaq
11.01.2024 - 10:47
Azərbaycanlı hakim beynəlxalq turnirdə ədaləti qoruyacaq

Beynəlxalq dərəcəli hakim Fikrət Axundov 20 yaşadək oğlanlar arasında keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatının oyunlarında ədaləti qoruyur. 

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Turnir 10-14 yanvar tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində davam edəcək. 

Qeyd edək ki, “AVRO-2024”ə seçmə xarakteri daşıyan yarışda Azərbaycan, Latviya, Ukrayna, Estoniya və Polşa komandaları mübarizə aparırlar.

writer photo
Əlirza Əlirzalı
0