Bakıda keçiriləcək beynəlxalq turnirin püşkü atılacaq
06.04.2023 - 23:18
Bakıda keçiriləcək beynəlxalq turnirin püşkü atılacaq

Bakıda mərhum ölkə başçısı Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunan minifutbol üzrə beynəlxalq turnir keçiriləcək.

Apasport.az xəbər verir ki, yarışda son Avropa çempionu Azərbaycan millisindən başqa, Çexiya, CAR, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna yığmaları iştirak edəcək.

Sabah püşkatma mərasimi keçiriləcək. Mərasim saat 15:00-da başlayacaq.

Qeyd edək ki, yarış 1-6 may tarixlərində keçiriləcək. 

writer photo
Əlirza Əlirzalı
0