Bakıda Paris-2024-ə lisenziya üçün turnir keçiriləcək
31.01.2024 - 12:24
Bakıda Paris-2024-ə lisenziya üçün turnir keçiriləcək

Azərbaycan daha bir mötəbər turnirə evsahibliyi etməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, fevralın 2-3-də əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş Bakı beynəlxalq qış yarışı keçiriləcək.

Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və “Atletika” kubunun birgə təşkilatçılığı ilə baş tutacaq turnirdə ölkəmizlə yanaşı, Qazaxıstan, Qırğızıstan və Rusiyanın Saxa Respublikasından (Yakutiya) atletlər öz güclərini sınayacaqlar.

Yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Turnirin proqramına böyüklər arasında 60 m qaçış, uzunluğa tullanma və üçtəkanla tullanma növləri də daxil edilib.

U-18 yaş qrupunda isə atletlər uzunluğa tullanma və 60 məsafəyə qaçışda mübarizə aparacaqlar.

Qeyd edək ki, Bakı beynəlxalq qış yarışı Respublika Olimpiya Mərkəzində təşkil olunacaq.

writer photo
Əlirza Əlirzalı
0