"Baku Fire" Qazaxıstan təmsilçisini məğlub etdi
09.08.2024 - 21:18
"Baku Fire" Qazaxıstan təmsilçisini məğlub etdi

Yeni mövsümün hazırlığını davam etdirən futzal üzrə Yüksək Liqa təmsilçisi "Baku Fire" yoxlama oyununda qüvvəsini sınayıb.

Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi Bakıda təlim-məşq toplanışında olan Qazaxıstan təmsilçisi "Astana" ilə qarşılaşıb.

"Olimpik Star"da baş tutan görüş "Baku Fire"in 2:1 hesablı qələbəsu ilə başa çatıb. Yüksək Liqa klubunun heyətində yeni transfer Nurlan Mehdizadə və Fərid Abbasov fərqlənib.

Azərbaycan millisinin üzvü olan Rövşən Hüseynli "Astana"nın formasını geyinir.

Qeyd edək ki, Qazaxıstan təmsilçisi avqustun 13-də "Araz-Naxçıvan"la üz-üzə gələcək.

writer photo
Əlirza Əlirzalı
0