"Real"ın zədəliləri komandaya qayıdıb
01.03.2024 - 15:53
"Real"ın zədəliləri komandaya qayıdıb

İspaniya çempionatında "Valensiya" ilə oyun öncəsi "Real Madrid"in 2 zədəlisi komandaya qayıdıb.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Cud Bellinqem və mərkəz hücumçusu Joselu komanda yoldaşları ilə məşqə başlayıb.

Xatırladaq ki, hər iki futbolçu zədə səbəbindən “kral” klubunun xəstəxanasında idi.

Qeyd edək ki, "Valensiya" - "Real" matçı martın 2-də "Mestalla" stadionunda keçiriləcək. 

writer photo
Əlirza Əlirzalı
0