“Milan” onunla danışıqları yekunlaşdırdı
10.04.2023 - 14:06
“Milan” onunla danışıqları yekunlaşdırdı

“Milan” Olivye Jiru ilə müqaviləni artıracaq.

Apasport.az saytı xəbər verir ki, İtaliya klubu 36 yaşlı fransızla danışıqları müsbət yekunlaşdırıb.

Hücumçu ilə mövsümün sonunda bitəcək müqavilənin müddəti 1 il uzadılacaq. Jiru 2021-ci ildən formasını geyindiyi “Milan”da 3,5 milyon avro maaş alacaq.

Qeyd edək ki, forvard bu mövsüm 36 matçda rəqib qapılarından 12 top keçirib.

writer photo
Əlirza Əlirzalı
0