Millimiz məğlubiyyətlə başladı
21.09.2022 - 20:24
Millimiz məğlubiyyətlə başladı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verib.

Komandamız bu gün Bolqarıstan yığması ilə qarşılaşıb. Bolqarıstan millisi 90+3-cü dəqiqədə penaltidən vurduğu qolla 1:0 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, millimiz qrup mərhələsində növbəti oyununu sentyabrın 24-də Türkiyə yığmasına qarşı keçirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0