Millimiz böyük hesabla uduzdu
17.11.2022 - 21:16
Millimiz böyük hesabla uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Samir Əliyevin yetirmələri hazırlıq çərçivəsində ilk sınağına çıxıb.

Komandamız Macarıstanla görüşüb. Qarşılaşmanın taleyi ikinci hissədə həll olunub. Üç cavabsız qol vuran rəqib böyük hesabla qalib gəlib.

Qeyd edək ki, millimiz Antalyadakı ikinci oyununu noyabrın 20-də keçirəcək. Yığmamız İsveçlə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0