Krakov-2023: Həsənov 1/8 finalda
23.06.2023 - 16:50
Krakov-2023: Həsənov 1/8 finalda

Azərbaycan boks yığmasının daha bir üzvü Krakov-2023 III Avropa Oyunlarında mübarizəyə qoşulub.

Apasport.az saytının məlumatına görə, Malik Həsənov ilk döyüşünü keçirib.

63,5 kq çəkidə çıxış edən boksçumuz polşalı Bartlomey Roskoviçlə qarşılaşıb. 5:0 (30:27, 29:27, 30:26, 30:26, 29:28)  hesablı qələbə qazanan boksçumuz 1/8 finala yüksəlib.

Qeyd edək ki, bu gün rinqə çıxan digər boksçumuz Ümid Rüstəmov (57 kq) 1/16 final mərhələsində Ronald Veresə (Macarıstan) 0:5 (27:29, 27:29, 27:29, 27:29, 26:30) hesabı ilə uduzaraq mübarizəni dayandırıb. 

writer photo
Əlirza Əlirzalı
0