Balotelli qəzaya düşdü
24.11.2023 - 12:04
Balotelli qəzaya düşdü

“Adana Dəmirspor”un futbolçusu Mario Balotelli daha bir xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az xəbər verir ki, çılğınlığı ilə ad çıxaran 33 yaşlı futbolçu vətəni İtaliyada avtomobil qəzası keçirib.

Hadisə Breşia şəhərində baş verib. Avtomobil idarə edən Mario qəzaya uğrayıb. Zədə səbəbindən əməliyyat olunan və 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilən Balotelli qəza zamanı xəsarət almayıb.

Qeyd edək ki, cari mövsümdə 5 matçda iştirak edən Mario 3 qolla yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0