Çempionlar Liqasında zənginləşdi – 4 heç-heçə, 716 min dollarlıq UDUŞ
13.10.2022 - 14:18
Çempionlar Liqasında zənginləşdi – 4 heç-heçə, 716 min dollarlıq UDUŞ

Çempionlar Liqasının IV turu proqnozsevərlərdən birinə inanılmaz sevinc bəxş edib.

Apasport.az saytının məlumatına görə, “Stake.com”un müştərisi II dövrənin ilk oyunlarına üç oxşar kupon yazıb.

Better ilk oyun gününün 4 matçına heç-heçə proqnozlaşdırıb. İkinci kuponunda bu qarşılaşmalara daha bir oyun əlavə edib, üçüncü kuponda həmin 5 görüşə 6-cını yazmağı lazım bilib.

O, yalnız turun ilk gününü əhatə edən matçlarda 1125,20 əmsal toplayıb. 636,32 dollarlıq mərc edən betterin uduşu 715 min 986,26 dollara bərabər olub.

“Kopenhagen” – “Mançester Siti”: X 
“Borussiya” D – “Sevilya”: X
“Şaxtyor” – “Real”: X
PSJ – “Benfika”: X

Bu kuponun uduşlu olması digər variantlarda ağlasığmaz qazanc ehtimalı yaradıb. İlk oyun günündən sonra bukmeker kontoru ona böyük məbləğdə kuponları satmağı təklif edib.

İkinci kupona 1 milyon 551 min 521,44 dollar təklif olunub. Burada 1503 dollarlıq mərc edən proqnozsevər 1620,28 əmsalla 2 milyon 435 min 282,24 dollara iddia edirdi.

“Kopenhagen” – “Mançester Siti”: X 
“Borussiya” D – “Sevilya”: X
“Şaxtyor” – “Real”: X
PSJ – “Benfika”: X
“Atletiko” – “Brügge”: 1

Üçüncü kuponda iki görüşün nəticəsi gözləmədə olduğundan nisbətən az - 926 min 50,71 dollar təklif olunub. 945,06 dollara mərc edən better 2576,25 əmsal yığıb və 2 milyon 434 min 713,41 dollar qazanmaq ehtimalını son matçlara kimi qoruyub.

“Kopenhagen” – “Mançester Siti”: X 
“Borussiya” D – “Sevilya”: X
“Şaxtyor” – “Real”: X
PSJ – “Benfika”: X
“Napoli” – “Ayaks”: 1 
“Atletiko” – “Brügge”: 1

Dünənki qarşılaşmalardan da birinin nəticəsini tapan xoşbəxti yalnız “Atletiko” yanıldıb. Bu görüş hər iki kuponun “yanması”na səbəb olub.

Lakin betterin bu görüşlərdən öncə kuponları satmaq üçün aldığı iki təklifi dəyərləndirib-dəyərləndirmədiyi hələ də açıqlanmayıb. 2 milyon 477 min 572,15 dollarlıq təklif qəbul olunmayıbsa, proqnozsevər yalnız ilk günün qazancı ilə kifayətlənib. Yəni ümumilikdə 3 min 84,38 dollara mərc edən proqnozsevərin 715 min 986,26 udduğu dəqiqdir.

Qeyd edək ki, “Kopenhagen” – “Mançester Siti”, “Atletiko” – “Brügge” qarşılaşmaları 0:0, “Borussiya” D – “Sevilya”, “Şaxtyor” – “Real”, PSJ – “Benfika” oyunları 1:1 başa çatıb, “Napoli” “Ayaks”ı 4:2 hesabı ilə məğlub edib.
 

writer photo
Əlirza Əlirzalı
0