"Barselona" azərbaycanlı futbolçunu icarəyə göndərib
30.08.2024 - 10:29
"Barselona" azərbaycanlı futbolçunu icarəyə göndərib

İspaniyanın "Barselona" klubu azərbaycanlı qapıçı Eldar Tağızadəni icarəyə verib.

Apasport.az xəbər verir ki, 21 yaşlı qolkiper İspaniyanın səviyyəcə dördüncü liqasında çıxış edən "Tudelano"ya keçib.

O, 2025-ci il iyunun 30-dək bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, Eldar Tağızadənin "Barselona" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub. Oyunçu avqustun 11-də azad agent kimi Kataloniya təmsilçisinin B komandasına keçib.

writer photo
Əlirza Əlirzalı
0