Qadınlar arasında 2022/23 mövsümündə UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib.
Apasport.az-ın məlumatına görə, “Barselona” tarixində ikinci dəfə kuboku qazanıb.
Son üç mövsümdə final oynayan Kataloniya klubu ötən il məğlubiyyət acısı yaşamışdı. “Volfsburq”la budəfəki final matçının birinci hissəsi Almaniya təmsilçisini 2:0 hesablı qələbəsi ilə başa çatıb. Amma fasilədən sonra oyunda dönüş yaradan “Barselona” 3 qol vuraraq, 2021-ci ildəki uğurunu təkrarlayıb.
Qeyd edək ki, iki dəfə turnirin qalibi olan “Volfsburq” ardıcıl 4-cü dəfə finalda uduzub (2016,2018, 2020, 2023).
Qadınlar UEFA Çempionlar Liqası
Final
“Barselona” – “Volfsburq” – 3:2
Qollar: Quixarro, 48; 50. Rolfo, 70 – Pajor, 3. Popp, 37.
“Barselona” Çempionlar Liqası çempionu
03.06.2023 - 21:04
0
0