"Barselona" "Real Madrid"i məğlub edib
04.08.2024 - 15:21
"Barselona" "Real Madrid"i məğlub edib

İspaniyanın "Barselona" və "Real" klubları ABŞ-də yoldaşlıq görüşü keçirib.

Apasport.az xəbər verir ki, görüş katalonların qələbəsi ilə başa çatıb.

Matç 2:1 hesabı ilə yekunlaşıb. "Barselona"nın heyətində Pau Viktor dubl (42, 54) edib. "Real"dan isə Nikolas Paz (82) fərqlənib. 

Qeyd edək ki, İspaniya çempionatına avqustun 15-də start veriləcək.

writer photo
Əlirza Əlirzalı
0