Peresin planı - Ançelotti ilə bağlı
10.09.2022 - 14:59
Peresin planı - Ançelotti ilə bağlı

“Real”ın baş məşqçisi Karlo Ançelotti ilə bağlı planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya klubunun prezidenti Florentino Peres italiyalı mütəxəssisi uzun müddət komandada saxlamaq istəyir.

O, 63 yaşlı mütəxəssisin işindən məmnundur. Bu üzdən də Peres Ançelottinin daha uzun müddət klubda qalmasının tərəfdarıdır. Artıq tərəflər arasında ilkin danışıqlara da start verilib.

Qeyd edək ki, Ançelotti və “Real” 2021-ci ildə üç illik müqavilə imzalayıb.
 

writer photo
Əlirza Əlirzalı
0