Baş məşqçi narazıdır: “Lex” “Qarabağ” önündə problem yaşayacaq”
29.06.2022 - 11:55
Baş məşqçi narazıdır: “Lex” “Qarabağ” önündə problem yaşayacaq”

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Lex” ciddi problemlə üzləşib.

Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, Poznan təmsilçisi transferlərdə ləng hərəkət edir.

Bu isə yeni baş məşqçi Con van den Bromun narazılığına səbəb olub. Bildirilib ki, “Qarabağ”la matça bir həftədən də az vaxt qalmasına baxmayaraq, “Lex” hələlik yalnız bir transfer rəsmiləşdirib. Bu da “Metallist”dən icarəyə götürülən qapıçı Artur Rudkodur: “Lex” yay fasiləsində güclənmək əvəzinə zəifləyib. Heyətin gücləndirməsi üçün görülən işlər çox ləng gedir. Hazırda “Lex”in heyəti o qədər də ürəkaçan deyil. Bir neçə aparıcı oyunçu getsə də, hələ heç onların boşluğu doldurulmayıb. Bundan sonra transferlər edilsə belə, yenilərin “Qarabağ”la matça qədər kollektivə uyğunlaşması mümkün deyil. “Lex” Azərbaycan klubu önündə bu baxımdan problem yaşayacaq”.

Qeyd edək ki, “Qarabağ”la “Lex” arasında ilk oyun iyulun 5-də Poznanda, cavab görüşü isə 12-də Bakıda keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0