“Bayer”in kapitanı: "Daha çox qol vura bilərdik"
27.10.2023 - 12:11
“Bayer”in kapitanı: "Daha çox qol vura bilərdik"

"Daha çox qol vura bilərdik". 

Apasport.az xəbər verir ki, bunu "Bayer"in kapitanı Andrix Robert deyib.

O, Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ”la oyunundakı 5:1 hesablı qələbəni şərh edib: "Oyun əyləncəli idi. Sadə və rahat şəkildə oynayanda qol şansları yaranırdı. 5:1 hesabı yaxşı səslənir. Üç xalı ala bildik. Lakin fürsətləri dəyərləndirsəydik, daha  bir-iki qol vura bilərdik".

Qeyd edək ki, “Bayer” 9 xalla H qrupunun lideridir. İkinci olan “Qarabağ” üç xal geri qalır.

writer photo
Əlirza Əlirzalı
0