Bədii gimnastika komandamızdan Dünya Kubokunda ilk medallar - FOTOLENT
22.04.2023 - 21:03
Bədii gimnastika komandamızdan Dünya Kubokunda ilk medallar - FOTOLENT

Bakıda keçirilən bədii gimnastika üzrə keçirilən Dünya Kubokunda bu gün fərdi gimnastlar və qrup hərəkətləri komandaları arasında çoxnövçülük proqramı üzrə qaliblər müəyyənləşib.

Apasport.az-ın məlumatına görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət Azərbaycanın qrup hərəkətləri üzrə komandasının üzvləri çoxnövçülük proqramında bürünc medala layiq görülüblər.

Qeyd edək ki, sabah başa çatacaq Dünya Kubokunda fərdi və qrup hərəkətləri komandaları ayrı-ayrı alətlər üzrə final görüşlərinə çıxacaq. Zöhrə Ağamirova topla, qrup hərəkətləri üzrə komandamız halqa ilə hərəkətlər üzrə medallar qazanmağa çalışacaq.

writer photo
Əlirza Əlirzalı
0