“Aris”in Bakıya səfər proqramı açıqlandı
08.07.2022 - 14:06
“Aris”in Bakıya səfər proqramı açıqlandı

Kiprin “Aris” klubunun Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab oyunu üçün Bakıya yollanacağı tarix müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, iyulun 28-də “Bakcell Arena”da Azərbaycan klubunun qonağı olacaq Limassol təmsilçisi matçdan iki gün əvvəl axşam saatlarında ölkəmizə təşrif buyuracaq.

Çarter reysi ilə Bakıya gələcək “Aris” iyulun 27-də oyunöncəsi son məşqinə çıxacaq. Komanda “Neftçi” ilə qarşılaşmadan dərhal sonra isə Kiprə qayıdacaq.

Qeyd edək ki, “Neftçi” ilə “Aris” arasında Kiprdəki ilk görüş iyulun 21-də olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0