Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin V turuna start veriləcək.
Apasport.az xəbər verir ki, İtaliyanın “Milan” klubu Slovakiyada “Slovan”ın qonağı olacaq. Madrid “Atletiko”su isə Çexiyada “Sparta” ilə üz-üzə gələcək.
“Barselona” bu turda “Brest”lə, “Mançester Siti” isə “Feyenoord”la qarşılaşacaq. Günün mərkəzi oyununda “Bavariya” Fransa PSJ-sini qəbul edəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, V tur
26 noyabr
21:45 "Slovan" (Slovakiya) – "Milan" (İtaliya)
21:45 "Sparta" (Çexiya) – "Atletiko" (İspaniya)
00:00 "Barselona" (İspaniya) – "Brest" (Fransa)
00:00 "Bayer" (Almaniya) – "Zalsburq" (Avstriya)
00:00 "Bavariya" (Almaniya) – PSJ (Fransa)
00:00 "İnter" (İtaliya) – "Leypsiq" (Almaniya)
00:00 "Mançester Siti" (İngiltərə) – "Feyenoord" (Niderland)
00:00 "Sportinq" (Portuqaliya) – "Arsenal" (İngiltərə)
00:00 "Yanq Boyz" (İsveçrə) – "Atalanta" (İtaliya)