Mərakeş Portuqaliyanı da turnirdən kənarlaşdırdı - YENİLƏNİB
10.12.2022 - 20:57
Mərakeş Portuqaliyanı da turnirdən kənarlaşdırdı - YENİLƏNİB

DÇ-2022-nin 1/4 final mərhələsinin ikinci oyun günü start götürüb.

Apasport.az saytının məlumatına görə, üçüncü yarımfinalçı Mərakeş və Portuqaliya millilərinin duelində bəlli olub.

Tarixində ilk dəfə 1/4 finala yüksələn Afrika təmsilçisi sensasiyanın davamını gətirib. Məğlubiyyətsiz irəliləyən mərakeşlilər 1/8 finalda İspaniyanı kənarlaşdırdıqdan sonra 1/4 finalda daha bir Pireney təmsilçisi Portuqaliyanı evə yola salıb. Bununla da Mərakeş yarımfinala vəsiqə qazanan ilk Afrika komandası olub.

Həmçinin, ardıcıl 2-ci dəfə meydana ikinci hissədə daxil olan Kriştianu Ronaldonun dünya çempionu olmaq istəyi baş tutmayıb.

Qeyd edək ki, 1/4 finala bu gün baş tutacaq İngiltərə – Fransa görüşü ilə yekun vurulacaq. Bu matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2022
1/4 final
10 dekabr
19:00. Mərakeş - Portuqaliya - 1:0
Qol:
Yusuf Əl-Nusairi, 42
Qırmızı vərəqə: Valid Şeddira, 90+3 (ikinci sarı vərəqə)

writer photo
Əlirza Əlirzalı
0