Necip Uysal "Beşiktaş"da rekord qırıb
12.08.2024 - 20:54
Necip Uysal "Beşiktaş"da rekord qırıb

"Beşiktaş"ın futbolçusu Necip Uysal klubun əfsanəsi Rza Çalımbayın rekordunu qırıb.

Apasport.az xəbər verir ki, futbolçu buna "ağ-qaraların" heyətində 16-cı mövsümünə çıxması ilə nail olub. 

33 yaşlı müdafiəçi "Beşiktaş"ın yetirməsidir. 

Rza Çalımbay isə 1980-1996-cı illər arasında İstanbul təmsilçisinin şərəfini qoruyub. 

Qeyd edək ki, Rza Çalımbay karyerası ərzində yalnız "Beşiktaş"ın formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0