DÇ-2022: Braziliyanın dron "tələsi"
24.11.2022 - 23:02
DÇ-2022: Braziliyanın dron "tələsi"

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turu çərçivəsində oynanılan Braziliya - Serbiya qarşılaşmasından əvvəl xarici mətbuat cənubi amerikalıları avropalıların məşqini izləmək üçün dronda istifadə etməkdə günahlandırıb.

Apasport.az saytı xəbər verir ki, bu, son vaxtlar 5 qat dünya çempionları ilə bağlı ilk belə qalmaqal deyil.

2019-cu ildə keçirilən "Copa America"da "sambaçılar" ilə Peru ilə oyundan əvvəl rəqibin məşqini dron izləməyə çalışıb.

Həmin vaxt jurnalistlər baş məşqçi Titeni günahlandırsalar da, onun cavabı belə olmuşdu: "Buna əl atmaq üçün çox qocayam".

Qeyd edək ki, Braziliya - Serbiya matçında hazırda hesab açılmayıb.

writer photo
Əlirza Əlirzalı
0