Ukraynalı futbolçuya İngiltərədən elçi
04.11.2022 - 16:04
Ukraynalı futbolçuya İngiltərədən elçi

“Tottenhem” ukraynalı yarımmüdafiəçi Ruslan Malinovskini transfer etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, London klubunun rəsmiləri “Atalanta”nın oyunçusu ilə maraqlandıqlarını etiraf edib.

Hətta tərəflər arasında danışıq olduğu, ilkin razılıq əldə edildiyi bildirilib. Anlaşmaya əsasən, 29 yaşlı yarımmüdafiəçi yanvardan Premyer Liqa təmsilçisinin formasını geyinəcək. Bu keçidin italyanlara təxminən 25-30 milyon avroluq qazanc gətirməsi gözlənilir.

Qeyd edək ki, Ruslan Malinovski bu mövsüm 11 oyunda 1 qol, 1 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0