Azərbaycanın bədii gimnastika yığması Estoniyanın paytaxtı Tallində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Apasport.az xəbər verir ki, ilk dəfə təşkil olunacaq “Tallin Open” aprelin 5-7-də baş tutacaq.
Yarışda AGF-nın idman direktoru Natalya Bulanova və məşqçi Siyana Vasilevanın rəhbərliyi altında Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət komanda böyüklərin yarışında ölkəmizin şərəfini qoruyacaq.
İlona Zeynalova, Mədinə Dəmirova, Alina Məmmədova böyüklər, Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı isə gənclər arasında fərdi yarışlarda mübarizə aparacaq.
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakimlər Nigar Abdusalimova və Yevgeniya Vilyayeva ədaləti qoruyacaqlar.