“El Klasiko” üçün qayıdır
07.10.2022 - 16:31
“El Klasiko” üçün qayıdır

“Real”ın qapıçısı Tibo Kurtuanın durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya nəhənginin baş məşqçisi Karlo Ançelotti açıqlayıb.

İtaliyalı mütəxəssis belindəki ağrılar üzündən son iki matçı buraxan qolkiperin “El Klasiko”ya hazır olacağını bildirib: “Onu Varşavaya aparmağa dəyib-dəymədiyini fikirləşmək lazımdır. Amma onun “El Klasiko”da oynayacağını düşünürəm”.

Qeyd edək ki, sabah “Xetafe” ilə görüşəcək “Real” oktyabrın 11-də Çempionlar Liqasında “Şaxtyor”la Polşada qarşılaşacaq, ayın 16-da isə “Barselona” ilə La Liqa oyununa çıxacaq.
 

writer photo
Əlirza Əlirzalı
0