Bəhlul “Hakken”lə oyunu buraxacaq
04.10.2023 - 17:04
Bəhlul “Hakken”lə oyunu buraxacaq

“Qarabağ” Avropa Liqasının ikinci turunun “Hakken”lə görüşündə Bəhlul Mustafazadənin xidmətindən istifadə edə bilməyəcək.

Apasport.az xəbər verir ki, Mustafazadə nəinki “Qarabağ”, hətta Azərbaycan millisinin də qarşıdakı matçlarında meydana çıxa bilməyəcək.

Belə ki, müdafiəçi AVRO-2024-ün seçmə mərhələsinin Estoniya və Avstriya ilə görüşləri üçün nəzərdə tutulan görüşlərində heyətdə olmayacaq. Onun Premyer Liqanın 10-cu turunun “Turan-Tovuz” – “Qarabağ” görüşünə qədər hazır olacağı gözlənilir.

writer photo
Əlirza Əlirzalı
0