Afrika Millətlər Kubokunun qalibi bəlli oldu
12.02.2024 - 02:02
Afrika Millətlər Kubokunda çempion bəlli olub.
Apasport.az xəbər verir ki, final matçında Nigeriya və Kot-d'İvuar milliləri üz-üzə gəlib.
Oyun Kot-d'İvuarın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Nigeriya - Kot-d'İvuar - 1:2
Qollar:Trost-Ekonq, 38, Kessye, 62 (1:1), Aller, 81 (1:2)
Beləliklə, ev sahibi Kot-d'İvuar tarixində üçüncü dəfə Afrika Kubokunun qalibi olub. Komanda buna qədər 1992 və 2015-ci illərdə turnirin qalibi olub.
Qeyd edək ki, 2023-cü il Afrika Kubokunda üçüncü yeri bürünc medal uğrunda görüşdə Konqo DR-i məğlub edən (0:0; 6:5 - penaltilər) Cənubi Afrika millisi tutub.
0
0