Bəhlul Mustafazadə: “B liqasına yüksələ bilmədiyimiz üçün məyusuq”
25.09.2022 - 23:13
Bəhlul Mustafazadə: “B liqasına yüksələ bilmədiyimiz üçün məyusuq”

“Son 3 oyunda qələbə qazandığımız üçün xoşbəxtik. Bunun davamlı olmasını istəyirik”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının futbolçusu Bəhlul Mustafazadə Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri Millətlər Liqasının qrup mərhələsinin VI turundan sonra deyib. 

O bildirib ki, növbəti oyunlarda da yığmanın uğurlu seriyanı davam etdirməsi üçün çalışacaqlar: “Hər 3 oyunda əlimizdən gələni etdik. Amma B liqasına yüksələ bilmədiyimiz üçün məyusuq. Düşünürəm ki, bunu bacara bilərdik. Qazaxıstanla ilk oyunda da ilk hissəni çox yaxşı oynamışdıq. Təəssüflər olsun ki, ikinci 45 dəqiqədə qol buraxdıq. Mərhələni keçə bilməsək də, son 3 oyunda qələbə qazandıq. Bunu davamlı etməyə çalışacağıq. Millətlər Liqasında pley-off şansına gəlincə, əgər bu yaranarsa, niyə də yox? Alınsa, əla olar. Alınmasa da qələbə seriyasını davam etdirməyə çalışacağıq. Komandada motivasiyamız da yüksəlib”. 
 

writer photo
Əlirza Əlirzalı
0