Bu gün qadın futbolçular arasında AVRO-2025-in pley-off mərhələsinin püşkü atılacaq.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Mərasimdə pley-offun 1-ci və 2-ci mərhələlərinin püşkü atılacaq. Azərbaycan millisinin də rəqibləri bəlli olacaq.
Siyasət Əsgərovun yetirmələrinin 6 mümkün rəqibi var. Bunlar Portuqaliya, Şotlandiya, Uels, Serbiya, Ukrayna və Şimali İrlandiyadır. Yığmamızın yer aldığı cütün 2-ci mərhələdəki potensial rəqiblərinin adı məlum olacaq.
Qeyd edək ki, pley-offda ümumilikdə 28 komanda 14 cütdə mübarizə aparacaq. 1-ci mərhələnin görüşləri oktyabrın 23-də və 29-da keçiriləcək. 14 cütün qalibləri 2-ci mərhələdə görüşəcək. Həmin matçlar noyabrın 27-də və dekabrın 3-də baş tutacaq.