Quliyevə cəza İntizam Komitəsinin sədri olmadan qəbul edilib
20.04.2023 - 22:18
Quliyevə cəza İntizam Komitəsinin sədri olmadan qəbul edilib

"Kamran Quliyevə cəza verilən vaxt mən İntizam Komitəsinin iclasında iştirak etməmişəm".

Bunu apasport.az-a açıqlamasında AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov deyib.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Turan Tovuz" – "Neftçi" matçında qonaqların prezidenti Kamran Quliyev hakimlərə qarşı işlətdiyi ifadəyə görə 5 matçlıq cəzalandırılıb, klub 4 min manat cərimə olunub. Lakin ixtisasca hüquqşünas olan Erkin Hüseynov bu qərarda iştirak etmədiyini bildirib:

"Mən matç başa çatsa da, Tovuzda qaldım. Çünki gec saatlarında maşınla gəlmək təhlükəlidir. Hazırda avtobusla Bakıya gəlirəm. Ona görə də İntizam Komitəsinin son iclası mənsiz keçib. Müəyyənləşdirmişəm ki, mən olmadığım halda sədr əvəzi kim olsun. Bu, Aslan Şahgəldiyevdir".

Qeyd edək ki, "Neftçi"nin İntizam Komitəsinin bu qərarından şikayət edəcəyi gözlənilir.

Səbuhi Musa

writer photo
Əlirza Əlirzalı
0