“Mançester Yunayted”in dünyanın ən böyük klublarından birinə layiq stadiona ehtiyacı var”.
Apasport.az xəbər verir ki, bu fikirlər “qırmızı şeytanlar”ın ortaq sahiblərindən birinə çevrilən iş adamı Cim Ratklifə aiddir.
İngilis biznesmen Mançester Yunayted”in doğma stadionu olan “Old Trafford”la bağlı planlarından danışıb: “Planımız ehtiyac duyulan və ödəyə biləcəyimiz təmir işləri üzərində işləməkdir. Biz bunu müzakirə etmək və daha böyük bir layihənin həyata keçirilməsinin məntiqli olub-olmadığını araşdırmaq üçün kiçik bir işçi qrupu yaradacağıq.
Hazırda bildiyimizə görə, "Old Trafford"un təmiri təxminən 1 milyard funt-sterlinqə başa gələ bilər. Sonda 80-90 min azarkeş tutumuna malik əla stadion olacaq. İnanırıq ki, son nəticədə hər kəsin razı qalacağı bir kompleks yarada biləcəyik”.