Dünya çempionatı: Avropa 11, Asiya 2
20.11.2022 - 10:01
Dünya çempionatı: Avropa 11, Asiya 2

Bu gün bütün dünyanın diqqəti Qətərə yönələcək.

Apasport.az saytının məlumatına görə, planetin ən böyük idman yarışı olan futbol üzrə dünya çempionatı start götürəcək.

Sayca 22-ci dəfə təşkil olunan mundial tarixdə ikinci dəfə Asiya qitəsində baş tutacaq. Bunadək yalnız bir dəfə - 2002-ci ildə mundial bu qitədə keçirilib.

Həmin vaxt iki ölkə - Yaponiya və Cənubi Koreya çempionata ev sahibi olub. Bu, həm də iki təşkilatçının olduğu hələlik yeganə çempionatdır.

Digər 20 turnirə gəlincə, 11 dəfə Avropa, 5 dəfə Cənubi Amerika, 3 dəfə Şimali Amerika, 1 dəfə Afrika dünyanın ən güclülərinə meydan olub. Bəzi ölkələr isə yarışı iki dəfə qəbul edib. İlk belə ölkə Meksikadır. Sonradan İtaliya, Fransa, Almaniya (əvvəl AFR kimi), Braziliya da buna nail olub.

Mundialların bütün ev sahibləri
1930. Uruqvay
1934. İtaliya
1938. Fransa
1950. Braziliya
1954. İsveçrə
1958. İsveç
1962. Çili
1966. İngiltərə
1970. Meksika
1974. AFR
1978. Argentina
1982. İspaniya
1986. Meksika
1990. İtaliya
1994. ABŞ
1998. Fransa
2002. Yaponiya və Cənubi Koreya
2006. Almaniya
2010. CAR
2014. Braziliya
2018. Rusiya
2022. Qətər
 

writer photo
Əlirza Əlirzalı
0